İyl
2021
13:36
122
8
3298
Virtual karabakh

Ramil Şeydayev “Sabah”dan ayrıldı, köhnə klubuna qayıtdı - FOTO

1 İyl, 2021
13:36
3298

Ramil Şeydayev “Sabah”dan ayrıldı, köhnə klubuna qayıtdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” FK müqavilə müddəti bitən Ramil Şeydayevlə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, 25 yaşlı hücumçu ötən ilin fevralından bu komandanın üzvü idi. Şeydayev “Sabah”da keçirdiyi 29 oyunda altı qola imza atıb.

Artıq onun yeni klubu da məlumdur. Bu, rəsmən elan olunmasa da, “Qarabağ”dır. Ağdam klubu “Sabaha saxlamırıq” ikili məna verən paylaşım edib və bu gün yeni transferinin adını açıqlayacağını bildirib.

Qeyd edək ki, Ramil Şeydayevin Azərbaycan karyerasında ilk klubu məhz “Qarabağ” olub. O, 2017/18 mövsümündə bu klubda “Trabzonspor”dan icarə əsasında oynayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri