İyl
2021
22:47
248
69
8255
Virtual karabakh

AVRO-2020: İspaniya İsveçrəni penaltilərlə yola saldı - VİDEO + YENİLƏNİB

2 İyl, 2021
22:47
8255

AVRO-2020: İspaniya İsveçrəni penaltilərlə yola saldı - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin ardıcıl ikinci matçda penaltilərlə daha bir dünya çempionunu məğlub etməsi mümkün olmadı. Qapıçıların daha yaxşı çıxış etdiyi penaltilər seriyasında İspaniya 3:1 qalib gəldi. Bununla da İsveçrə evə gedəcək. İspaniya isə iyulun 6-da Belçika – İtaliya cütünün qalibi ilə qarşılaşacaq.

22:32

İsveçrə – İspaniya görüşünün əlavə 30 dəqiqəsində qapılara qol vurulmadı. Beləliklə, matç 1:1 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşdiriləcək. 

21:56

90 dəqiqə 1:1 hesabı ilə başa çatdığından, əlavə 30 dəqiqə oynanılmağa başlandı.

21:37

İsveçrənin bərabərlik qolunun məhsuldar ötürməsini vermiş Remo Froyley 77-ci dəqiqədə qırmızı vərəqə aldı. İndi İsveçrə 10 nəfərlə mübarizə aparmalı olacaq.

21:27

Qranit Cakanın yoxluğunda İsveçrəni kapitan kimi meydana çıxarmış Cerdan Şakiri 68-ci dəqiqədə hesabı bərabərləşdirdi. Bu onun üçüncü qoludur. İlk iki qolu qrup mərhələsində Türkiyəyə vurmuşdu.

21:08

Matçda ikinci hissə gedir. İspaniya İsveçrəyə vurduğu yeganə kuryoz qolla qalib gəlməkdədir. 

20:09

İspaniya millisi 8-ci dəqiqədə hesabı açdı. “Barselona”nın sol cinah müdafiəçisi Xordi Albanın zərbəsi Denis Zakariyaya dəyərək istiqamətini dəyişib qol oldu. İspaniya İsveçrəyə 1:0 qalib gəlir.

20:00

AVRO-2020-nin 1/4 final mərhələsinin ilk oyunu olan İsveçrə – İspaniya matçı start götürdü.

Oxu.Az xəbər verir ki, topa ilk olaraq dünya və Avropa çempionları olan İspaniya millisinin toxunuşu ilə start verildi.

Sankt-Peterburqda keçirilən görüşə komandalar aşağıdakı taktiki düzülüş və heyətlə çıxıb.

İsveçrə (3-4-2-1): Zomer, Rodriqes, Akanji, Elvedi, Suber, Froyler, Zakariya, Vidmer, Embolo, Şakiri (kapitan), Seferoviç

İspaniya (4-3-3): Unai Simon, Xordi Alba, Pau Tores, Laport, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Morata, Feran Tores

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri