İyl
2021
20:55
397
13
2997
Virtual karabakh

Güləşçilərimiz Avropa çempionatında dörd medal qazandılar - VİDEO

4 İyl, 2021
20:55
2997

Güləşçilərimiz Avropa çempionatında dörd medal qazandılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona çatıb.

Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, qitə birinciliyinin son günündə yunan-Roma güləşçilərimiz üç medal qazanıb.

Həsrət Cəfərov (67 kq) finalda Türkiyə güləşçisinə 9:0 hesabıyla qalib gələrək Avropa çempionu olub. Güləşçimiz finaladək Macarıstan, Bolqarıstan və Gürcüstan təmsilçilərini məğlub edib.

Millinin iki üzvü isə üçüncü yeri tutub. Nihat Məmmədli (60 kq) son görüşdə Belarus, Xasay Həsənli (72 kq) isə Xorvatiya güləşçisinə qalib gəlib.

Xatırladaq ki, ötən gün Qurban Qurbanov (63 kq) gümüş medal qazanıb.

Yekunda bir qızıl, bir gümüş və iki bürünc medal qazanan yığmamız komanda hesabında 99 xalla 4-cü yeri tutub.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri