İyl
2021
19:45
95
21
3621
Virtual karabakh

İtaliya və İspaniya indiyədək AVRO yarımfinallarında nə edib? - TARİX

6 İyl, 2021
19:45
3621

İtaliya və İspaniya indiyədək AVRO yarımfinallarında nə edib? - TARİX

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, AVRO-2020-nin yarımfinal mərhələsində bu gün İtaliya və İspaniya milliləri qarşılaşacaq.

Oxu.Az bu iki komandanın indiyədək Avropa çempionatları tarixində çıxdığı yarımfinal matçlarına nəzər salıb.

Hər iki komanda indiyədək dörd dəfə yarımfinal oyunu keçirib. Bunlardan üçündə İtaliya qələbə qazanıb.İtaliyanın yeganə məğlub olduğu görüş 1988-ci ildə SSRİ ilə matç olub. İspaniya isə keçirdiyi dörd yarımfinal qarşılaşmasında uğur qazanıb.

İtaliya Avropa çempionatının yarımfinallarında:

AÇ-1968 İtaliya – SSRİ 0:0 (pul atışına əsasən İtaliya qalib elan edilib)

AÇ-1988 İtaliya – SSRİ 0:2

AÇ-2000 İtaliya – Niderland 0:0 (penaltilərdə İtaliya 3:1 qalib gəlib)

AÇ-2012 İtaliya – Almaniya 2:1 İspaniya Avropa çempionatının yarımfinalında

AÇ-1964 İspaniya – Macarıstan 2:1 (əlavə vaxt)

AÇ-1984 İspaniya – Danimarka 1:1 (penaltilərdə İspaniya 5:4 qalib gəlib)

AÇ-2008 İspaniya – Rusiya 3:0

AÇ-2012 İspaniya – Portuqaliya 0:0 (penaltilərdə İspaniya 4:2 qalib gəlib)

Qeyd edək ki, İtaliya – İspaniya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri