İyl
2021
23:07
525
28
7305
Virtual karabakh

Mahir Emreli “Legiya” ilə Çempionlar Liqasındakı debütündə dubl etdi - YENİLƏNİB+VİDEO

7 İyl, 2021
23:07
7305

Mahir Emreli “Legiya” ilə Çempionlar Liqasındakı debütündə dubl etdi - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbərə video əlavə olunub:
 

22:15

Futbol üzrə milli komandamızın hücumçusu Mahir Emrelinin “Legiya”dakı rəsmi debütü uğurlu alınıb.

Oxu.Az xəbər verir ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Budö/Qlimt”lə matçda yeni komandası ilə ilk oyununa çıxıb.

Forvard Norveçdəki səfər oyununa start heyətində başlayıb. O, erkən qola sevinən “Legiya”nın ikinci topuna 41-ci dəqiqədə imza atıb. Fasilə ərəfəsində skandinaviyalılar fərqi azaltsa da, Mahir ikinci hissədə də qol sevinci yaşayıb. O, 61-ci dəqiqədə dubl edib.

Debüt oyununda dubla imza atan Emreli matçın 79-cu dəqiqəsində əvəzlənib. Meydan sahibləri daha bir qol vursa da, təmsilçimizin komandası 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də baş tutacaq.

Zaur Xudiyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri