Noy
2014
09:42
31
135
20866
Virtual karabakh

Azərbaycanlı çempionu belə nokauta saldılar - VİDEO

8 Noy, 2014
09:42
20866

Azərbaycanlı çempionu belə nokauta saldılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəmi 53 saniyəyə...

İdmançımız Bəxtiyar Abbasov Sinqapurda “One Fighting Championship: Battle of Lions” turnirində qüvvəsini sınayıb.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, təmsilçimiz “Singapore İndoor Stadium”da MMA-nın çox təcrübəli, veteran döyüşçüsü braziliyalı Luis Santosla qarşılaşıb.

Görüş Bəxtiyar Abbasov üçün uğursuz alınıb. Belə ki, o, rəqibi qarşısında cəmi 53 saniyə duruş gətirib. Braziliyalı döyüşçü idmançımızı erkən nokautla üstələyib.

Qeyd edək ki, 177 sm boya malik 28 yaşlı Abbasovun karyerasında çoxunu vaxtından əvvəl elə birinci raunddan başa vurduğu 13 döyüş var. MMA təcrübəsi 5 ildən artıq olan Bəxtiyar 2011-ci ilin dekabrında “ProFC - Grand Prix Global Finals” turnirində Laslo Solteş üzərindəki qələbəsindən sonra “ProFC” kəmərini qazanıb. Çox keçmədən o, “ECSF – MMA Grand Prix of Eastern Europe 2” turnirində fransız döyüşçüsü Yuness Mikiss üzərində qələbə əldə edib. Bundan əlavə, 2013-cü ildə Abbasov “CWFC 58 – Cage Warriors Fighting Championship 58” turnirində MMA-nın ən təcrübəli döyüşçülərindən biri olan braziliyalı Çarlz Andradeyə yekdil qərarla qalib gəlib. Nailiyyətlər siyahısı yaxşı təsir bağışlayan gənc döyüşçü “PROFC-GPG” çempionu, pankration, sambo, ciu-citsu və əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya kubokunun qalibi, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu və beynəlxalq dərəcəli idman ustasıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri