25 
İyl
2021
05:25
298
27
7108
Virtual karabakh

Millimizin sabiq futbolçusunun oğlu “Milan”la razılığa gəldi

25 İyl, 2021
05:25
7108

Millimizin sabiq futbolçusunun oğlu “Milan”la razılığa gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Rubin” klubunun gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya karyerasını “Milan”da davam etdirəcək.

Bu barədə metaratings.ru portalı məlumat yayıb.

Mənbə yazır ki, İtaliya klubu ilə gənc oyunçu arasında əldə edilən razılıq “Milan”nın sabiq müdafiəçisi, hazırda Tiflis şəhərinin meri Kaxa Kaladzenin vasitəçiliyi ilə əldə edilib.

Qeyd edək ki, İtaliyanın digər təmsilçisi “Yuventus”da 20 yaşlı istedadlı futbolçunu transfer etməyə cəhd edirdi.

Xatırladaq ki, Xviça Kvaratsxeliyaya “Şəmkir” klubunun heyətində göstərdiyi oyun ilə Azərbaycan azarkeşlərinin sevimlisinə çevrilmiş Badri Kvaratsxeliyanın oğludur. Ata Kvaratsxeliya futbol üzrə Azərbaycan millisində də çıxış edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri