25 
İyl
2021
10:49
41
147
2228
Virtual karabakh

Yaponiya tropik qasırğanın hədəfində: Olimpiadanın cədvəlində dəyişiklik ola bilər - FOTO

Güclü “Nepartak” qasırğası Olimpiya Oyunlarının davam etdiyi Tokioya leysan yağışlar və böyük dalğalar gətirəcək.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Sakit okeanda formalaşan tropik qasırğa hazırda Hönşü adası istiqamətində hərəkət edir.

Bildirilir ki, tropik qasırğa nəticəsində adanın şərqində, həmçinin Yay Olimpiya Oyunlarının keçirildiyi Tokioya 100-150 millimetr yağıntı düşəcək, dalğaların hündürlüyü isə 6-8 metrə çatacaq.

Qeyd edilir ki, hazırda qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20 metrə, güclü əsdikdə isə 30 metrə çatır. Bildirilir ki, “Nepartak” cari fəsildə Sakit okeanda əmələ gələn sayca səkkizinci tropik qasırğadır və onun daha da güclənəcəyi ehtimal olunur.

Tokio Olimpiadasının təşkilat komitəsinin bildirdiyinə görə, qasırğa yarışların cədvəlinin dəyişməsinə səbəb ola bilər. Onlardan bir neçəsinin tarixinin iyulun 26-dan sonrakı tarixlərə dəyişdirildiyi artıq elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri