27 
İyl
2021
22:00
169
17
2961
Virtual karabakh

Samir Abasov: “Hər iki komanda üçün şərtlər eyni olacaq”

27 İyl, 2021
22:00
2961

Samir Abasov: “Hər iki komanda üçün şərtlər eyni olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlk oyundan sonra artıq rəqib haqqında məlumatlıyıq. Sabahkı oyuna tam hazırıq. Bizi gərgin və maraqlı görüş gözləyir”.

Bu fikirləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

“İnanırıq ki, azarkeşlərimizə gözəl hədiyyə edəcəyik. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var. İtkilərimiz haqqında danışmaq istəmirəm. Sabahı gözləyirik”, - deyə Abasov vurğulayıb.

Baş məşqçi “Bakcell Arena”nın ot örtüyü ilə bağlı da danışarkən bildirib ki, bu işə baxan insanlarla danışıb: “Səbəbini soruşdum. Mənə hər şeyi izah etdilər. Elə məqamlar var ki, meydançalar istirahət etməlidir. Bilirsiniz ki, Türkiyə millisi burada məşq edib. Hava şəraiti çox istidir. Ot örtüyünə qulluq etmək çətindir. Durum necə olur-olsun, hər iki komanda üçün şərtlər eyni olacaq”.

Təcrübəli mütəxəssis bərabərlik halında, komandasının 120 dəqiqəlik mübarizəyə tam hazır olduğunu vurğulayıb: “Mert Çelik və Namik Ələskərovdan başqa itkimiz yoxdur. Heç bir futbolçumuzun kənarda qalmasını istəmərik”.

Abasov “Olimpiakos”un Bakıda məşqə çıxmaq istəməməsinə də münasibəıt bildirib: “Komandanın, baş məşqçinin iş prinsipi belədir. İnanmıram ki, bu, bizə qarşı atılan addımdır. Hansısa ölkəyə gedəndə biz də belə edə bilərik. Normal haldır. Bunu əlimizdə bayraq tutmaq istəmirik. Biz Yunanıstandakı oyunun davamını gətirmək, baxımlı oyunla azarkeşləri sevindirmək istəyirik. “Olimpiakos” kimi komandanın hansısa rəqibə qarşı belə düşüncədə olacağına inanmıram. Onların seçiminə hörmətlə yanaşıram”.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 20:00-da başlayacaq. İlk oyunda “ağ-qaralar” 0:1 hesabı ilə uduzub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri