28 
İyl
2021
01:04
195
23
5134
Virtual karabakh

Bəhlul Mustafazadə baş tutmayan transferi haqda: “Ən qısa zamanda FIFA-ya şikayət edəcəm”

28 İyl, 2021
01:04
5134

Bəhlul Mustafazadə baş tutmayan transferi haqda: “Ən qısa zamanda FIFA-ya şikayət edəcəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyük məyusluqla qeyd etməliyəm ki, “Əl-Əyn” klubu mənə göndərdiyi məktubla transferdən imtina etdiklərini bildirib. İyunun əvvəlində "Əl-Əyn"lə iyulun 1-dən qüvvəyə minəcək razılaşma imzalamışdıq”.

Bu fikirləri “Sabah”dan ayrılan Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna keçidinin alınmaması barədə şəxsi “Instagram” hesabının “hekayə” bölməsində yazıb.

24 yaşlı müdafiəçi bildirib ki, o, razılaşmaya əsasən, Əbu-Dabiyə gedib tibbi yoxlanışdan keçməli idi: “Amma müqavilənin başlama vaxtının yaxınlaşmasına baxmayaraq, klub tərəfindən heç bir əlaqə saxlanılmırdı. Təmsilçilərimin müraciətləri zamanı isə “Əl-Əyn” mənim viza və tibbi baxış ilə əlaqəli məsələlərimi həll etməyi hər dəfə müxtəlif daxili problemlərə əsaslanaraq uzadırdı. Doğrusu, yaranmış vəziyyətin səbəbini anlaya bilmirdim. Əgər klub fikrini dəyişibsə, bunu mənə açıqca bildirməli, qəribə bəhanələrlə vaxtı uzatmamalı idi. Yaranmış vəziyyətin nəticəsində mən mövsümöncəsi hazırlıq dövrünü keçə bilmədim, üstəlik, qısa zaman ərzində yeni komanda tapmaq məcburiyyətində idim. “Əl-Əyn”in məsuliyyətsiz davranışları ilə əlaqədar hüquqi şəxslərlə məsləhətləşdim və qanunlara əsasən aydın oldu ki, imzalanmış ilkin müqavilə hüquqi qüvvəyə malikdir. “Əl-Əyn” tibbi yoxlanışdan keçməməyi əsas gətirib, bu müqaviləni ləğv edə bilməz, çünki yoxlanışı təşkil etmək klubun öhdəliyində idi və bizim çoxsaylı müraciətlərimizə baxmayaraq, bunu həyata keçirmədilər. Ümid edirəm ki, həyatımda ilk və son dəfə belə bir vəziyyətlə qarşılaşdım”.

Mustafazadənin sözlərinə görə, “Əl-Əyn”in hərəkətləri FIFA reqlamentinə ziddir və ədaləti bərpa etmək üçün sona qədər haqqını müdafiə edəcək: “Ən qısa zamanda FIFA-ya şikayət edərək, karyerama vurulan zərərə görə ən sərt cəzaların verilməsini tələb edəcəm. Yaranmış vəziyyətə aydınlıq gətirməyi özümə borc bildim və bir daha bu xoşagəlməz mövzuya qayıdılmasını istəməzdim”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri