28 
İyl
2021
22:58
372
123
12313
Virtual karabakh

“Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB + FOTO

28 İyl, 2021
22:58
12313

“Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Matç bitdi. Futbol üzrə Azərbaycan çempionu minimal hesabla məğlub oldu - 1:0.

Beləliklə, “Neftci” Çempionlar Liqası ilə vidalaşdı.

Yoluna Avropa Liqasının III təsnifat mərhələsində davam edəcək. Rəqib Finlandiyanın HİK komandası olacaq.

22:06

İkinci hissə başladı.

21:53

“Neftçi” və Yunanıstanın “Olimpiakos” komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

21:18

Matçın 15-ci dəqiqəsində “Olimpiakos” hesabı açdı – 1:0.

Yorqos Masuras fərqlənib.

21:02

“Neftçi” və Yunanıstanın “Olimpiakos” komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

19:49

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Neftçi" və Yunanıstanın "Olimpiakos" klublarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov. 29. Samir Buqrin, 36. Mamadu Kane

Baş məşqçi: Samir Abasov

"Olimpiakos": 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Giorqos Masuras, 24. Husseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Sisse. 90. Vasilis Surlis

Baş məşqçi: Pedro Martins

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 21:00-da start götürəcək.

09:40

Bu gün Azərbaycanın “Neftçi” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq.

Oxu.Az xəbər verir ki, rəqib 46 dəfə Yunanıstan çempionu olmuş və 28 dəfə həmin ölkənin kubokunu qazanmış məşhur “Olimpiakos” klubudur.

Afinanın Pirey qəsəbəsində keçirilmiş ilk görüşdə Yunanıstan çempionu 1:0 qalib gəlib. Komandamız güclü rəqibi ilə vəziyyəti eyniləşdirmək üçün istənilən minimal hesablı qələbə qazanmalı və matçı penaltilərə aparmalıdır. Minimum iki qol fərqi ilə qələbə isə “Neftçi”ni III təsnifat mərhələsinə adladacaq. Məğlubiyyət isə komandamızın yoluna UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etməsi anlamına gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

21:00 “Neftçi” – “Olimpiakos” (Yunanıstan)

Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Xon Nunyes, Adrian Kordero (hamısı İspaniya)

Bakı. “Bakcell Arena”

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri