29 
İyl
2021
14:24
268
15
5071
Virtual karabakh

Daha bir cırtdan ölkənin idmançısı medal qazanıb, Olimpiada tarixinə düşdü - FOTO

29 İyl, 2021
14:24
5071

Daha bir cırtdan ölkənin idmançısı medal qazanıb, Olimpiada tarixinə düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

San Marino yığması Olimpiadalar tarixində ilk medalını qazanıb.

Oxu.Az xəbər verir ki, bu cırtdan ölkənin idmançısı Alessandra Perilli stend atıcılığı yarışında bürünc medal əldə edib.

Bununla da 34 min əhaliyə malik olan San Marino Olimpiadalarda medal qazanan ən kiçik ölkə olub. San Marinonun ərazisi 61,2 km2-dır.

Qeyd edək ki, yaxınlarda 63 min əhalisi olan Bermud adalarını təmsil edən triatlonçu Flora Dafi qızıl medal qazanmaqla Olimpiada tarixində yeni rekorda imza atmışdı. Bermud adaları Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış ən az əhalisi olan ölkə kimi tarixə düşmüşdü. Hazırda bu ölkə Olimpiadanın turnir cədvəlində 31-ci sıradadır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri