Avq
2021
16:18
576
97
26388
Virtual karabakh

Tokio-2020: Türkiyəni təmsil edən Ramil Quliyev finaldan kənar qaldı - YENİLƏNİB + FOTO/VİDEO

3 Avq, 2021
16:18
26388

Tokio-2020: Türkiyəni təmsil edən Ramil Quliyev finaldan kənar qaldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı. 

Oxu.Az xəbər verir ki, o, 200 metr məsafəyə qaçışda yarımfinalda 6-cı yeri tutaraq, finala çıxmaq şansını qaçırıb. 

09:48

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Oxu.Az-ın məlumatına görə, 200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı təsnifat mərhələsində finişə 20.54 saniyəyə ikinci çatıb və yarımfinala yüksəlib.

Yarımfinal Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri