Avq
2021
14:16
312
16
7297
Virtual karabakh

Bütün karateçilərimizin Olimpiadadakı rəqibləri bilindi - YENİLƏNİB

4 Avq, 2021
14:16
7297

Bütün karateçilərimizin Olimpiadadakı rəqibləri bilindi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya və Avropa çempionumuz İrina Zaretskayanın (+61 kq) da rəqibləri bəlli olub. O, B qrupunda Məltəm Hocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə qarşılaşacaq. Onun görüşləri də avqustun 7-də baş tutacaq.

Üçüncü karateçimiz Firdovsi Fərzəliyev isə Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Əl Savi (Misir) və Naoto Saqo (Yaponiya) ilə görüşəcək. Firdovsi avqustun 5-də mübarizə aparacaq.

13:24

Azərbaycanlı karateçi Rafael Ağayevin Tokio Olimpiadasındakı rəqibləri müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, beşqat dünya və onbirqat Avropa çempionumuz 75 kq çəki dərəcəsində B qrupunda mübarizə aparacaq.

Onun rəqibləri Luici Buza (İtaliya), Noa Biç (Almaniya), Suneari Yahiro (Avstraliya) və Nurqanad Ajikanovdur (Qazaxıstan). Görüşlər avqustun 6-da baş tutacaq.

Qeyd edək ki, qrupda ilk iki sıranı tutan idmançı yarımfinala vəsiqə qazanır və özünə bürünc medalı avtomatik təmin edir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri