Avq
2021
15:42
552
23
4238
Virtual karabakh

Ramil Quliyev: “Səni sevirəm, Azərbaycan!” - VİDEO

4 Avq, 2021
15:42
4238

Ramil Quliyev: “Səni sevirəm, Azərbaycan!” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün yarışlar çox yaxşı gedir. Hər şey vaxtında olur. Burada şərait çox yaxşıdır. Olimpiya Kəndində təşkilatçılıq yüksək səviyyədədir”.

Oxu.Az xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən azərbaycanlı sprinter Ramil Quliyev deyib.

31 yaşlı idmançı Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında məqsədlərinin 2024-cü ildə Fransada keçiriləcək Olimpiadaya hazırlaşmaq olacağını söyləyib: “Olimpiada ilə yarışlarımız yekunlaşmır. Türkiyədə klubların yarışları olacaq. Qarşıdakı illərlə bağlı daha bir hədəfimiz var – Paris-2024 Yay Olimpiya Oyunları. Bütün idmançılarımıza ən yaxşı nəticələrini göstərməyi arzu edirəm”.

Quliyev sonda Azərbaycana salam göndərməyi də unutmayıb: “Salam, Azərbaycan, səni sevirəm!”

Qeyd edək ki, Olimpiadanın yarımfinal mərhələsində 200 m məsafəyə qaçışda finişə altıncı yerdə çatan Ramil Quliyev finala yüksələ bilməyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri