Avq
2021
16:50
221
15
4324
Virtual karabakh

Olimpiadada çıxış edəcək ilk sərbəst güləşçimizin rəqibi bəlli oldu - FOTO

4 Avq, 2021
16:50
4324

Olimpiadada çıxış edəcək ilk sərbəst güləşçimizin rəqibi bəlli oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Olimpiadada güləş yarışları davam edir.

Oxu.Az xəbər verir ki, sabah sərbəst güləşçimiz Turan Bayramov (74 kq) mübarizəyə start verəcək.

Bu gün onun çıxış edəcəyi çəkinin püşkatma mərasimi keçirilib və həmyerlimizin ilk rəqibi müəyyənləşib. Bayramov 1/8 finalda ukraynalı Vasili Mixaylovla görüşəcək.

Bu görüş A xalçasında keçiriləcək. Turan qələbə qazansa, 1/4 finalda Frank Çamiso (İtaliya) – Avtandil Kentçadze (Gürcüstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu çəkidə mübarizə Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri