Avq
2021
23:48
355
20
4001
Virtual karabakh

Pərviz Nəsibov: “Daha çox çalışacaq və daha güclü qayıdacağam” - FOTO

4 Avq, 2021
23:48
4001

Pərviz Nəsibov: “Daha çox çalışacaq və daha güclü qayıdacağam” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Olimpiya yığması bu ölkəni təmsil edən həmyerlimiz Pərviz Nəsibov barədə paylaşım edib.

Yunan-roma güləşçilərinin 67 kq çəki dərəcəsindəki yarışında Olimpiadanın gümüş medalını qazanan 23 yaşlı idmançı çıxışından tam razı qalmadığını bildirib.

“Şükür Allaha ki, evə əliboş qayıtmıram. Amma bu medal mənə nəyin üzərində çalışmalı olduğumu xatırladacaq. Ümid edirəm ki, yaxın zamanda potensialımı artıracaq və azarkeşləri öz çıxışlarımla daha çox sevindirəcəyəm. Daha çox çalışacaq və daha güclü qayıdacağam”, - deyə azərbaycanlı güləşçi final görüşü sonrası öz təəssüratlarını bölüşüb.

Qeyd edək ki, həlledici qarşılaşmada, P.Nəsibov qaşqay türkü olan Məhəmməd Rza Gərayiyə (İran) məğlub olub.

Məlumat üçün bildirək ki, Pərviz  Ağstafa rayonunda doğulub və altı yaşına kimi orada yaşayıb. Sonra isə ailəsi ilə birgə Ukraynanın Nikolayev şəhərinə köçüb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri