Avq
2021
09:44
233
142
8653
Virtual karabakh

Tokio Olimpiadası: Firdovsi Fərzəliyev mübarizəni dayandırdı - YENİLƏNİB + FOTO

5 Avq, 2021
09:44
8653

Tokio Olimpiadası: Firdovsi Fərzəliyev mübarizəni dayandırdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev dörd xalla qrupda qalıb.

Oxu.Az xəbər verir ki, o, qrupda son görüşünü keçirib. Firdovsi autsayder olan Əli Əl-Saviyə 0:1 hesabı ilə uduzaraq qrupda sonuncu – beşinci pilləyə düşüb.

Bununla da qrupda bir qələbə qazanan və üç məğlubiyyət alan Firdovsi Fərzəliyev yarımfinala yüksələ bilməyib və mübarizəsini başa vurub. 

09:15

Firdovsi Fərzəliyev qrupda üçüncü görüşünü keçirib.

O, qrup lideri Darxan Assadilova (Qazaxıstan) 2:6 hesabı ilə uduzub.

İdmançımız hazırda iki xalla dördüncü sıradadır. Firdovsi qrupda son görüşünü Əli Əl-Saviyə (Misir) qarşı keçirəcək.

08:37

Firdovsi Fərzəliyev qrupda ikinci görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, o, sensasiya edərək yapon idmançı Naoto Saqoya 1:0 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra Firdovsi öz qrupunda üçüncüdür. Onun yarımfinala vəsiqə qazanması üçün qrupda minimum ikinci yeri tutması lazımdır.

08:01

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio Olimpiadasında mübarizəyə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız A qrupunda ilk görüşündə Eray Şamdanla (Türkiyə) qarşılaşıb.

İdmançımız 1:7 hesabı ilə uduzub. Karateçimiz qrupda növbəti görüşünü meydan sahibi idmançısı Naoto Saqoya (Yaponiya) qarşı keçirəcək.

Səbuhi Musayev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri