26 
Avq
2021
07:27
478
17
5475
Virtual karabakh

Azərbaycana Paralimpiya Oyunlarında ilk medalı qazandıran idmançı: “Mənə yuxu kimi gəlir” - FOTO

26 Avq, 2021
07:27
5475

Azərbaycana Paralimpiya Oyunlarında ilk medalı qazandıran idmançı: “Mənə yuxu kimi gəlir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran Pərvin Məmmədov fikirlərini bildirib.

Oxu.Az-ın xəbərinə görə, 49 kq çəki dərəcəsində pauerliftinqdə bürünc medalı boynundan asan Pərvin Məmmədov sanki yuxuda olduğunu söyləyib:

“Bu gün ilk medalı Azərbaycana qazandırdım. Bunun üçün çox şadam. Sevincimin həddi-hüdudu yoxdur. Medal qazandığıma inana bilmirəm. Bu mənə bir yuxu kimi gəlir. Çox sevinirəm ki, Tokioda bayrağımızı qaldıra bildim. Məşqçimizlə əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı”.

Qeyd edək ki, pauerliftinqdə növbəti günlərdə daha üç idmançımız mübarizə aparacaq. 29 avqustda Nurlan Babacanov (-97 kq), 30 avqustda Elşən Hüseynov (-107 kq) və Şamo Aslanov (+107 kq) mübarizəyə qoşulacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri