29 
Avq
2021
13:56
981
65
9842
Virtual karabakh

İlham Zəkiyev Paralimpiya Oyunlarının dordqat mükafatçısı oldu - VİDEO + YENİLƏNİB

29 Avq, 2021
13:56
9842

İlham Zəkiyev Paralimpiya Oyunlarının dordqat mükafatçısı oldu - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdoçumuz İlham Zəkiyev Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Belə ki, özbəkistanlı rəqibi Şirin Şərifov əvvəlki görüşdə qadağan olunmuş fənd işlətdiyi üçün yarışdan kənarlaşdırıldığından, Zəkiyev güləşməmiş bürünc medala layiq görülüb. Bu, 41 yaşlı İlhamın dördüncü Paralimpiya mükafatı olub. Daha əvvəl cüdoçumuz 2004 və 2008-ci ildə qızıl və 2012-ci ildə bürünc medal qazanmışdı.

Bununla da Azərbaycan üçün cüdo yarışları başa çatıb. Bu yarışlarda qazanılan 12 medaldan 8-i (6 qızıl və 2 bürünc medal) cüdo millilərimizin hesabındadır.

Xatırladaq ki, daha əvvəl qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq), Sevda Vəliyeva (-57 kq), Xanım Hüseynova (-63 kq), Dürsədəf Kərimova (+70 kq), kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq), Hüseyn Rəhimli (-81 kq) qızıl medal qazanıb. Həmçinin Namiq Abbaslı (-66 kq) bürünc medala sahib çıxıb. Bu nəticə ilə Azərbaycan cüdo yarışlarında ən yaxşı nəticə göstərən ölkə olub.

Onu da bildirək ki, Azərbaycan hazırda 9 qızıl və 3 bürünc medalla yeddinci sırada qərarlaşıb.

08:57

Cüdoçumuz İlham Zəkiyev Yamaykadan olan rəqibinə ipponla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi son Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi Şirin Şərifov (Özbəkistan) olacaq.

Beləliklə, bu gün cüdonun axşam seansında Dürsədəf Kərimova final, İlham Zəkiyev bürünc medal görüşünə çıxacaq. Görüşlər Bakı vaxtı ilə saat 11:30-dan etibarən başlayacaq.

08:02

Dürsədəf Kərimovanın yarımfinalda Meq Emerişlə (Braziliya) görüşü gərgin alınıb. Hər iki idmançı vaza-ari xalı qazanıb. Lakin sonra Dürsədəf rəqibini ippona salaraq finala yüksəlib. O, finalda Zarina Baybatina (Qazaxıstan) ilə qarşılaşacaq.

Bu isə o deməkdir ki, Azərbaycan nəticədən asılı olmayaraq, Paralimpiya Oyunlarında 11-ci medalı özünə təmin edib.

07:37

İlham Zəkiyev son illərdəki uğursuzluğunu davam etdirib. 41 yaşlı idmançımız 1/4 finalda Qvanq-qeun Çouya uduzaraq qızıl medal qazana bilməyib. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Onun rəqibi Teador Suba (Yamayka) olacaq.

06:52

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında son üç cüdoçumuz mübarizəyə qoşulub.

Oxu.Az-ın xəbərinə görə, Kənan Abdullaxanlı (-100 kq) Şərif Xəlilova (Özbəkistan) uduzub. O, 1/8 finalda uduzduğundan, mübarizəni dayandıraraq medalsız qalıb.

Ən ağır çəkili cüdoçumuz, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə Cək Hocsona (Böyük Britaniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib. O, 1/4 finala vəsiqə qazanıb.

Qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) da mübarizəyə inamla start verib. O, Anastasiya Qarnikə (Ukrayna) ipponla qalib gəlib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk iki gündə beş qızıl və bir bürünc medal qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri