31 
Avq
2021
15:30
610
32
8865
Virtual karabakh

Qadın sprinter Paralimpiya Oyunlarında Azərbaycana ilk gümüş medalı qazandırdı - YENİLƏNİB + FOTO/VİDEO

31 Avq, 2021
15:30
8865

Qadın sprinter Paralimpiya Oyunlarında Azərbaycana ilk gümüş medalı qazandırdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva (T13) 100 metr məsafəyə qaçışda Paralimpiya Oyunlarında ölkəmizə ilk gümüş medalı qazandırıb.

Oxu.Az xəbər verir ki, o, 11.99 saniyəyə finişə çatıb.

Finalda çıxış edən digər sprinterlərimiz - Yelena Çebanu və Yuliya Yanovskaya medal qazana bilməyib.

Bununla da Azərbaycanın medallarının sayı 15-ə çatıb. Ölkəmiz indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

07:49

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında atletikada üç idmançımız final mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, bunlar 100 metr məsafəyə qaçışda iştirak edən sprinterlərimiz – Lamiyə Vəliyeva (T13), Yelena Çebanu (T13) və Yuliya Yanovskayadır (T13).

Lamiyə 12:09, Çebanu 12:16 və Yanovskaya 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. İlk iki idmançımız finişə birinci, Yanovskaya üçüncü çatıb.

Qeyd edək ki, final Bakı vaxtı ilə saat 15:10-dan etibarən start götürəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri