Sen
2021
06:54
608
17
7554
Virtual karabakh

Lamiyə Vəliyeva Paralimpiya rekordu qıraraq qızıl medal qazandı - FOTO/VİDEO

4 Sen, 2021
06:54
7554

Lamiyə Vəliyeva Paralimpiya rekordu qıraraq qızıl medal qazandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio Yay Paralimpiya Oyunlarında Azərbaycan üçün son gündür.

Oxu.Az-ın xəbərinə görə, 400 metr məsafəyə qaçışın final mərhələsində Lamiyə Vəliyeva və Yuliya Yanovskaya mübarizə aparıb.

Lamiyə 55 saniyəyə finişə çatmaqla həm doqquz illik Paralimpiya rekordunu qırıb (əvvəl bu rekord 2012-ci ilin sentyabrın 3-dən kubalı Omara Durand Elyasa aid idi – S.M.), həm də özünün ikinci, Azərbaycanın isə 13-cü qızıl medalını qazanıb.

Yuliya Yanovskaya isə səkkiz iştirakçı arasında beşinci olub. O, 57.18 saniyə nəticə göstərib.

Xatırladaq ki, 19 yaşlı Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda da Azərbaycana yeganə gümüş medalı qazandırmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri