11 
Sen
2021
16:29
276
10
1473
Virtual karabakh

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandılar

11 Sen, 2021
16:29
1473

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar.

“Report”un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışın qalibi olub.

Əlavə olaraq, 60 kq-da çıxış edən Əminağa Quliyev qazaxıstanlı Yerkinbek Bayturbayevlə qüvvəsini sınayıb. Rəqibinə 0:3 hesabı ilə uduzan Quliyev ikinci yeri tutub.

İdmançımız Həsənəli Həsənov da kata yarışlarında qızıl medal uğrunda rusiyalı Danila Brantovla qarşılaşıb.

Rəqibinə uduzan Həsənov gümüş medalla kifayətlənib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri