12 
Sen
2021
21:04
186
12
1168
Virtual karabakh

Bakıda beynəlxalq tennis turnirləri keçirilib: İdmançılarımız qaliblər sırasında - FOTO

12 Sen, 2021
21:04
1168

Bakıda beynəlxalq tennis turnirləri keçirilib: İdmançılarımız qaliblər sırasında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ənənəvi beynəlxalq tennis turnirləri keçirilib. 

Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Tennis Federasiyası ilə Avropa Tennis Assosiasiyasının hər il birgə təşkil etdiyi Heydər Əliyevin xatirəsinə həsr olunan 14 və 16 yaşlararası Avropa tennis turnirlərində Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyə, Almaniya və s. ölkə tennisçiləri iştirak edib.

16 yaşlılar kateqoriyasında ölkəmizi təmsil edən tennisçilərimizdən Kənan Qasımov qalib olub. O, Rusiya tennisçisi Saveli Şpitaya 6:2 və 6:3 hesabı ilə üstün gələrək tək oyunların qalibi olub.

Azərbaycan Tennis Federasiyası ilə Beynəlxalq Tennis Federasiyasının birgə olaraq təşkil etdiyi 18 yaşlararasında J5 Baku Payız Kuboku adlı beynəlxalq reytinqli tennis turnirində isə Rusiya, Ukrayna, Türkiyə, İsrail, Hindistan, Sinqapur, Almaniya, Belarus, Qazaxıstan və s. ölkə tennisçiləri iştirak edib.

Dörd həftə ərzində təşkil olunan bu turnirin ilk həftəsində Tamerlan Əzizov ölkəmizə qələbə qazandırıb. Tennisçimiz Qazaxıstan tennisçisi Əmir Ömərxanova 6:3 və 6:2 hesabı ilə üstün gələrək tək oyunların qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri