14 
Sen
2021
08:20
17
120
2610
Virtual karabakh

Futbolçu yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

14 Sen, 2021
08:20
2610

Futbolçu yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heerenveen” (Hollandiya) klubunda oynayan isveç futbolçu Rami Kaib yerkökü yeyərkən çənəsini sındırıb. Bu səbəbdən gənc futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.

Məlumata görə, Kaib bir müddət əvvəl oynayarkən çənəsindən ağır zərbə alıb. Buna baxmayaraq o, məşqlərə və əlbəttə ki, yemək yeməyə davam edib. Nahar fasiləsi zamanı yerkökü yeyərkən isə tərəvəz gözlədiyindən bərk olub və çənəsini qırıb.

Qeyd edək ki, Rami Kaib bu mövsüm komandanın ilk iki matçına qatılıb.

Onun yenidən komandaya qayıdacağı dəqiq tarix hələ açıqlanmayıb.

Mənbə: “Voetbalzone”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri