15 
Sen
2021
00:52
186
38
5248
Virtual karabakh

Çempionlar Liqası: “Barsa”nın revanş arzusu puç oldu - VİDEO

15 Sen, 2021
00:52
5248

Çempionlar Liqası: “Barsa”nın revanş arzusu puç oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün startı verilən UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsində digər altı qarşılaşma da başa çatıb.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib.

Ronaldulu “Mançester Yunayted”in məğlubiyyətilə başlayan gecənin ən çox gözlənilən qarşılaşması E qrupunda baş tutub.  “Barselona” Almaniya çempionu “Bayern”i qəbul edib.

Ənənəvi performanslarından uzaq olan katalonlar “alman maşını” ilə bacara bilməyərək, yenidən doğma divarlar arasında məğlub olub – 0:3.

Xatırladaq ki, bu iki komanda 2019/20-ci il mövsümünün 1/4 final mərhələsində qarşılaşıb. Kataloniyada keçirilən görüşdə Münhen klubu meydan sahiblərini öz azarkeşləri önündə rüsvayçı hesabla məğlub edib – 8:2.

Qeyd edək ki, ilk turun digər 8 oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

“Barselona” (İspaniya) – “Bayern” (Almaniya) 0:3

“Dinamo” (Ukrayna) – “Benfika” (Portuqaliya) 0:0

F qrupu

 “Vilyareal” (İspaniya) – “Atalanta” (İtaliya) 2:2

G qrupu

 “Lill” (Fransa) – “Volfsburq” (Almaniya) 0:0

H qrupu

“Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya) 1:0

“Malmö” (İsveç) – “Yuventus” (İtaliya) 0:3

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri