15 
Sen
2021
13:52
104
14
2142
Virtual karabakh

Olimpiya mükafatçılarımızı Norveçdə kim əvəzləyəcək?

15 Sen, 2021
13:52
2142

Olimpiya mükafatçılarımızı Norveçdə kim əvəzləyəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçin paytaxtı Osloda keçiriləcək güləş üzrə dünya çempionatında millimizin ilkin heyəti bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Güləş Federasiyası ilkin olaraq 22 güləşçinin adını iştirak ərizəsi üçün sifariş verib.

Bunlardan 8-i sərbəst, 10-u yunan-Roma və 4-ü qadın güləşi üzrə millimizin üzvləridir.

Sərbəst güləş üzrə yığmamızın dünya çempionları – yaxınlarda gözündən əməliyyat olunmalı Hacı Əliyev və çiynindən zədə almış Şərif Şərifovu kimlərin əvəzləyəcəyi bəlli olub.

Üçqat dünya çempionumuz, Tokio Olimpiadasının gümüş medalçısı Hacı Əliyevi 65 kq çəki dərəcəsində gənc Əli Rəhimzadə əvəzləyəcək. Olimpiya çempionumuz Şərif Şərifovun yerinə isə İslam İlyasov aparılacaq.

Yunan-Roma güləşində Rafiq Hüseynov yenidən qeyri-Olimpiya çəkisinə qayıdıb. Tokio Olimpiadasının bürünc mükafatçısı 2019-cu ildəki dünya çempionatında gümüş medal qazandığı 82 kq-da çıxış edəcək. Rafiqin Olimpiadada yarışdığı 77 kq-da isə gənc və perspektivli Sənan Süleymanov mübarizə aparacaq.

İkiqat dünya çempionumuz, dördqat Olimpiya mükafatçımız Mariya Stadniki isə 50 kq çəki dərəcəsində Azərbaycan güləş məktəbinin yetirməsi Türkan Nəsirova əvəzləyəcək.

Sərbəst güləş

Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq)

Yunan-Roma güləşi

Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambəy Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq), Beka Kandelaki (130 kq)

Qadın güləşi

Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (65 kq)

Qeyd edək ki, dünya çempionatı 2-10 oktyabr tarixlərində keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri