16 
Sen
2021
15:26
95
16
1865
Virtual karabakh

Püşk atıldı: “Araz-Naxçıvan”ın ilk rəqibi bilindi - FOTO

16 Sen, 2021
15:26
1865

Püşk atıldı: “Araz-Naxçıvan”ın ilk rəqibi bilindi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futzal üzrə Yüksək Liqada 2021/2022-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş tədbirdə əvvəlcə iştirakçı komandalara və KİV nümayəndələrinə yeni mövsümün reqlamentində edilmiş yeniliklər barədə məlumat verilib.

8 komandanın iştirakı ilə keçiriləcək yarış 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. Belə ki, 21 turun yekununda ilk 4 pilləni tutacaq komandalar pley-offda oynamaq hüququ qazanacaq. Birinci pillənin sahibi 4-cü, ikinci yeri tutacaq iştirakçı isə 3-cü yerdə qərarlaşmış klubla üz-üzə gələcək. Komandalar iki qələbə qazanana qədər mübarizə aparacaq. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda oyunda qarşılaşacaq.

Yeni mövsümdə 19 yaşadək futzalçılarla bağlı tətbiq ediləcək limit ləğv edilib. Legioner limiti isə 7-yə bərabərdir. Belə ki, bir klub iştirak ərizəsinə, eləcə də oyunun protokoluna maksimum 7 əcnəbinin adını daxil edə biləcək. Oyunlar isə həftənin cümə günləri keçiriləcək. Daha sonra yeni mövsümün püşkü atılıb.

Qeyd edək ki, 2021/2022-ci il mövsümünə oktyabrın 1-də start veriləcək.

I turda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırq:

“Alyans” (Lənkəran) – “Baku Fire”

“Record club.az” – “Araz-Naxçıvan”

“Neftçi” İK – EKOL

U-19 – “Xilə”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri