20 
Sen
2021
16:52
269
11
1511
Virtual karabakh

İki idmançımız Rusiyada göstərdikləri döyüşə görə xüsusi mükafatlandırıldı - FOTO

20 Sen, 2021
16:52
1511

İki idmançımız Rusiyada göstərdikləri döyüşə görə xüsusi mükafatlandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

Oxu.Az xəbər verir ki, 15 ölkədən 146 idmançının qatıldığı yarışda Azərbaycan yığması 4 boksçu ilə təmsil olunub.

Baş məşqçi Əsgər Eyvazovun rəhbərlik etdiyi komanda çıxışını 2 bürünc medalla başa vurub. Boksçularımızdan Nicat Hüseynov (-51 kq) və Fətəli İsmayılov (-86 kq) üçüncü yeri tutub. Onlardan sonuncusu, həmçinin Tural Sarıyev (-48 kq) göstərdikləri döyüşə görə turnirin xüsusi kuboku ilə də mükafatlandırılıb.

Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri