21 
Sen
2021
14:04
443
28
5225
Virtual karabakh

Zabit Səmədovun Çeçenistanda döyüşü olacaq - FOTO

21 Sen, 2021
14:04
5225

Zabit Səmədovun Çeçenistanda döyüşü olacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirəcək.

Oxu.Az-ın xəbərinə görə, 37 yaşlı idmançımız Çeçenistanın paytaxtı Qroznıda döyüşəcək.

“Mauqli” ləqəbli idmançımızın rəqibi Fransanı təmsil edən Konqo əsilli boksçu Nayf Didye olacaq. Bu döyüş oktyabrın 4-də keçiriləcək.

Qeyd edək ki, Z.Səmədov indiyədək kikboksinqdə 112 döyüş keçirib. O bunlardan 37-si nokaut olmaqla 102 döyüşdə qalib gəlib. 9 dəfə məğlub olan idmançımızın bir döyüşündə qalib müəyyənləşməyib.

Xatırladaq ki, Zabit Səmədov sonuncu döyüşünü iyunun 14-də yaşadığı Belarusda keçirib. O, ikinci raundda Almaniyanı təmsil edən rəqibi Deci Kalecaiyeni nokauta salıb. Ümumiyyətlə, idmançımız 19 döyüşdür ki, məğlub olmur. O sonuncu dəfə 8 il əvvəl – 2013-cü ilin martın 15-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən döyüşdə məşhur Mərakeş idmançısı Badr Hariyə uduzub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri