23 
Sen
2021
16:49
28
151
2101
Virtual karabakh

Azərbaycan çempionatının liderinə 4 min manatlıq cəza verildi

23 Sen, 2021
16:49
2101

Azərbaycan çempionatının liderinə 4 min manatlıq cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının IV turunun oyunlarındakı qayda pozuntuları barədə qərar çıxarılıb.

Cəzalar yalnız “Qəbələ” – “Səbail” oyununa şamil edilib. Görüş gec başlandığı üçün meydan sahibi 3200 manat cərimələnib. 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” həmçinin 800 manat cərimə ödəyəcək.

Bundan başqa, ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in futbolçusu Ədilxan Qarəhmədov 1 oyunluq cəzalanıb, klub daha 200 manat cərimə edilib.

Xatırladaq ki, məğlubiyyətsiz irəliləyən “Qəbələ” “Qarabağ”la eyni – 10 xala malik olsa da, top fərqinə görə turnir cədvəlinin lideridir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri