23 
Sen
2021
18:31
218
31
2309
Virtual karabakh

Fərid Qayıbov Güləş Federasiyasına baş çəkdi – FOTO

23 Sen, 2021
18:31
2309

Fərid Qayıbov Güləş Federasiyasına baş çəkdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub.

Oxu.Az xəbər verir ki, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitə yerində baxış keçirib.

Daha sonra nazir Fərid Qayıbov federasiyanın maddi-texniki bazası ilə tanış olub.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Güləş Federasiyasının baş katibi Orxan Məmmədov da iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri