28 
Sen
2021
12:54
162
7
1498
Virtual karabakh

Zəka sahiblərimiz dünya çempionatında Rusiyaya qarşı

28 Sen, 2021
12:54
1498

Zəka sahiblərimiz dünya çempionatında Rusiyaya qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Kataloniya əyalətinin Sices bölgəsində keçirilən qadın şahmat komandaları üzrə dünya çempionatında bu gün qrup mərhələlərində III və IV turun oyunları keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, millimiz bu gün III turda lider Rusiya ilə, IV turda Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, sentyabrın 27-də qadın millimiz Hindistan və Ermənistanla 2:2 oynayıb. A qrupunda yer alan komandamız hazırda 2 xalla dördüncü sıradadır. Rusiya 4 xalla birinci, Ermənistan və Hindistan 3 xalla ikinci və üçüncüdür.

Xatırladaq ki, ilk 4 komanda 1/4 finala vəsiqə qazanacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri