28 
Sen
2021
12:22
177
13
2585
Virtual karabakh

Federasiya islahatlara başladı: Üç Dağıstan əsilli idmançının yerinə DÇ-yə azərbaycanlılar aparılacaq - FOTO

28 Sen, 2021
12:22
2585

Federasiya islahatlara başladı: Üç Dağıstan əsilli idmançının yerinə DÇ-yə azərbaycanlılar aparılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı (DÇ) keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev dünya birinciliyində iştirak edəcək heyəti açıqlayıb.

Yarışın ilk günlərində baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), Kənan Heybətov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) yer alıb.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçimiz DÇ-da çıxış edəcək. Bunlar Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolovadırlar (65 kq).

Çempionatın sonlarına doğru yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) DÇ-da uğur qazanmağa çalışacaq.

Xatırladaq ki, ilkin heyətdə sərbəst güləşdə Dağıstan əsilli idmançılarımızın – Əhmədnəbi Qvarzatilov (61 kq), Cəbrayıl Hacıyev (74 kq), yunan-Roma güləşində İslambəy Dadovun (67 kq) adı sifariş olunmuşdu. Həmçinin sərbəst güləşdə əvvəlcə 79 kq üçün idmançı sifariş edilməmişdi. Əvəzində qadın güləşində Mingəçevir güləş məktəbinin yetirməsi Tatyana Varansova (53 kq) heyətdən çıxarılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri