29 
Sen
2021
13:32
274
14
3281
Virtual karabakh

Mariya Stadnik: “O qədər pis oldum ki, hətta üçüncü yer uğrunda mübarizədən imtina etmək istədim”

29 Sen, 2021
13:32
3281

Mariya Stadnik: “O qədər pis oldum ki, hətta üçüncü yer uğrunda mübarizədən imtina etmək istədim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərbəst güləşçisi, 2020-ci ildə Tokioda və Pekində (2008-ci il) keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2012-ci ildə London və Rio-de-Janeyro Olimpiya Oyunlarının gümüş mükafatçısı (2016-cı il), Azərbaycan idman tarixinə ilk dördqat Olimpiya mükafatçısı kimi daxil olan Mariya Stadnik Media.Az-a müsahibə verib.

- Tokio Olimpiadasında bürünc medal qazanmağınız münasibətilə sizi təbrik edirik, azərbaycanlı idmansevərlər sizinlə çox fəxr edir! Duyğularınızı bizimlə paylaşardınız...

- Duyğular fərqli idi... Bir tərəfdən başa düşürəm ki, bu, artıq mənim dördüncü Olimpiya medalımdır. Bu, çox sevindirici haldır! Eyni zamanda qızıl medal qazana bilmədiyimə görə məyus oluram. İstərdim ki, nəhayət, bu, qızıl medal olsun.

Yarımfinalda uduzduğum üçün o qədər pis oldum ki, hətta üçüncü yer uğrunda mübarizədən imtina etmək istədim. Bürünc medal uğrunda mübarizədən əvvəl idman yolumu düşündüyümü, demək olar ki, yatmadığımı xatırlayıram.

Ancaq yaxınlarımın və “Instagram”dakı izləyicilərimin dəstək sözlərini təkrar oxuduqda başa düşdüm ki, təkcə özüm üçün yox, mənə inananların hamısı üçün sona qədər getməliyəm. Özümü ələ ala, duyğularımın öhdəsindən gələ, üçüncü yer uğrunda yarışa və bürünc medalı qazana bildim.

İndi artıq bu medalın tarixi əhəmiyyətini anlayıram. Duyğulara qapılmadığıma və yeni başlayan idmançılar üçün nümunə ola bildiyimə şadam.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri