30 
Sen
2021
17:12
207
73
5488
Virtual karabakh

Britaniyada yanacaq böhranı: Ronaldu benzinsiz qaldı - VİDEO

30 Sen, 2021
17:12
5488

Britaniyada yanacaq böhranı: Ronaldu benzinsiz qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada yanacaq böhranının təsiri Kriştianu Ronaldudan da yan keçməyib.

Bir çox adi britaniyalı kimi, əfsanəvi idmançı da benzinsiz qalıb.

Onun “Bentley” markalı lüks avtomobili Mançesterdəki bir yanacaqdoldurma məntəqəsində diqqət çəkib. Sürücü idmançının özü yox, cangüdəni olub. O, 7 saat yanacaq gözləyib, amma nəticədə əliboş qalıb.

Britaniyalı sürücülər artıq zarafat edir ki, o qədər pulu olsa belə Ronaldo onlarla bir gəmidədir, necə deyərlər, “palaza bürünüb, elnən sürünür”.

Sürücü çatışmazlığı səbəbindən Britaniyada yanacaqdoldurma məntəqələrində benzin çatışmazlığı bir neçə həftə əvvəl başlayıb. Benzin ölkə daxilində əsasən digər Avropa ölkələrindən olan işçilər tərəfindən daşınırdı, lakin “Brexit”dən sonra (Britaniyanın Avropa İttifaqından çıxması) onlar krallığı tərk etdilər.

Bu böhrandan çıxmaq üçün hökumət yenidən sükan arxasına keçməyə hazır olanlara təcili viza verməyi təklif etdi. Amma sürücülər Britaniyaya qayıtmağa tələsmirlər. Bu səbəbdən London hətta ordudan istifadə etmək məcburiyyətində qaldı. İndi yanacaqdoldurma məntəqələrinə hərbçilər benzin gətirəcək.

Mənbə: NTV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri