Okt
2021
10:52
210
12
2050
Virtual karabakh

Dünya və Avropa çempionumuz Norveçdə mübarizəyə qoşulur

4 Okt, 2021
10:52
2050

Dünya və Avropa çempionumuz Norveçdə mübarizəyə qoşulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında son iki sərbəst güləşçimiz mübarizəyə qoşulacaq.

Oxu.Az-ın xəbərinə görə, bunlar Tokio Olimpiadasının iştirakçısı, 23 yaşadək idmançılar arasında dünya, gənclərdə ikiqat Avropa, yeniyetmələrdə dünya və Avropa çempionu Turan Bayramovla İslam İlyasovdur.

70 kq

1/8 final Turan Bayramov – Zaur Efendiyev (Serbiya)/Adam Batirov (Belarus)

97 kq

1/8 final İslam İlyasov – Aleksandr Quşin (Belarus)

Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) da bürünc medal görüşünə çıxacaq. Dağıstan əsilli güləşçimiz Hyeok-beom Qvon (Koreya) – Ömərhacı Məhəmmədov (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl Əbubəkr Abakarov (86 kq) dünya çempionatında Azərbaycana ilk medalı qazandırıb. Dağıstan əsilli idmançı bürünc medal əldə edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri