Okt
2021
13:48
127
6
2762
Virtual karabakh

Millətlər Liqasında yarımfinallar başlayır: Avropa çempionları İspaniyaya qarşı

6 Okt, 2021
13:48
2762

Millətlər Liqasında yarımfinallar başlayır: Avropa çempionları İspaniyaya qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Oxu.Az-ın xəbərinə görə, Milanın “San Siro” stadionunda meydan sahibi, son Avropa çempionu İtaliya ilə İspaniya qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Rusiyadan olan hakim Sergey Karasyov idarə edəcək.

Xatırladaq ki, bu komandalar AVRO-2020-nin yarımfinalında da bir-birinə rəqib olub. Həmin vaxt 1:1 hesabı ilə başa çatan matçın taleyini penaltilər seriyası müəyyənləşdirib. İtalyanlar 4:2 qalib gələrək finala çıxıb.

Qeyd edək ki, yarımfinalın digər oyununda son dünya üçüncüsü Belçika Turində son dünya çempionu Fransa ilə qarşılaşacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri