Okt
2021
14:04
96
34
3068
Virtual karabakh

Qafqazın ən böyük virtual oyun məkanı fəaliyyətini bərpa etdi

8 Okt, 2021
14:04
3068

Qafqazın ən böyük virtual oyun məkanı fəaliyyətini bərpa etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda kiber idman həvəskarlarının sevimli məkanı “Nizami E-Sport Arena”sı yenidən oyunçuların ixtiyarına veriləcək. Pandemiyaya görə bir müddət işini dayandıran məkan artıq gərgin mübarizə meydanına çevrilməyə hazırdı.

Oktyabrın 8-dən etibarən ölkənin ən böyük virtual oyunlar məkanı “Nizami E-Sport Arena” yenidən qapılarını kiber idman həvəskarlarının üzünə açır. Bu gün saat 16:00-dan başlayaraq hər gün məkanda dünyanın ən populyar oyunlarında gücünüzü sınamaq imkanınız olacaq.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov təşkilatın mətbuat xidmətinə açıqlamasında bütün idman həvəskarlarını təbrik edib: “Gözlədiyimiz gün gəlib çatdı. Artıq pandemiya ilə bağlı müəyyən yumşalmalar edilib. Biz Qafqazın ən böyük virtual idman arenasını yenidən kiber idman dünyasına qaytarırıq.  Azərbaycanda kiber idmanın inkişafı üçün “Nizami E-Sport Arena”da bütün şərait yaradılıb. Pandemiyadan öncə bu məkanda günün istənilən saatında maraqlı mübarizə izləmək mümkün idi. İndi gecə yarısına qədər işləyəcək.

Tezliklə kiber idman həvəskarlarının sevimli məkanında yerli və beynəlxalq yarışları izləmək mümkün olacaq. Təşkilatımız həm də yeni maraqlı layihələr - yarışları reallaşdırmaq barədə müzakirələr aparır”.

“Nizami E-Sport Arena” hər gün saat 10:00-dan 23:30-dək işləyəcək.

Qeyd edək ki, oyun zalı Nizami kinoteatrının 5-ci mərtəbəsində yerləşir.

“Instagram”: nizami_esports_arena

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri