27 
Okt
2021
10:52
110
8
1179
Virtual karabakh

Olimpiya mükafatçımız dünya çempionatında mübarizəyə qoşulur

27 Okt, 2021
10:52
1179

Olimpiya mükafatçımız dünya çempionatında mübarizəyə qoşulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında iki boksçumuz mübarizəyə qoşulacaq.

Oxu.Az xəbər verir ki, bunlar I Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və Tokio Olimpiadasının bürünc medalçısı, II Avropa Oyunlarının qalibi Loren Alfonso Dominqesdir.

- 60 kq
1/32 final

Tayfur Əliyev – Şarles Peti-Homm (Haiti)

- 86 kq
1/16 final

Loren Alfonso Dominqes – Tavfikulla Suleymani (AIBA)

Qeyd edək ki, dünən üç boksçumuz mübarizəyə qoşulub. Malik Həsənov (-63,5 kq) 1/32 final mərhələsi çərçivəsində Xuan Reyeslə (Qvatemala) üz-üzə gəlib. 5:0 qalib gələn Malik 1/16 finalda ilk görüşdən azad olan Hovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Məsud Yusifzadə (-51 kq) 1/16 final mərhələsi çərçivəsində Enxmandaq Xarxuu (Monqolustan) ilə döyüşüb. O, rəqibini 4:1 məğlub edərək 1/8 finalda Yankiel Riveraya (Puerto Riko) rəqib olub. Bu döyüş noyabrın 1-nə təsadüf edəcək.

Rauf Rəhimov (-92 kq) Luis Vilyiamsla (İngiltərə) qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş idmançımızın 0:5 hesabı ilə uduzması ilə yekunlaşıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri