Noy
2021
21:11
35
102
2091
Virtual karabakh

Dmitri Kramarenko: “Bizdə Qafqazda atanın sözü qanundur”

4 Noy, 2021
21:11
2091

Dmitri Kramarenko: “Bizdə Qafqazda atanın sözü qanundur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı, hazırda Rusiyanın MOİK klubunda qapıçı məşqçisi işləyən Dmitri Kramarenko Rusiyanın matchtv.ru portalına geniş müsahibə verib.

Mütəxəssis Rusiyanın MOİK klubundakı işindən, birlikdə çalışdığı İqor Akinfeyevlə olan şəxsi münasibətlərindən, Azərbaycan millisindəki çıxışından, atası Sergey Kramarenkodan, bədii gimnastika ilə məşğul olan qızından danışıb. 

“Yeni il öncəsi Bakıdan Moskvaya məzuniyyətə gəldim. MOİK-in seleksiya xidmətinin rəhbəri Andrey Movsesyan zəng vurdu və danışmaq üçün kluba çağırdı. Görüşdə Roman Babayev, Aleksey Berezutski, Mixail Qonçarenko da iştirak edirdi. Fikirləşmək üçün bir gün vaxt istəyib İqora zəng etdim. O, beşə yaxın namizədin olduğunu, lakin məni təklif etdiyini bildirdi. Akinfeyevin sözü mənim üçün önəmlidir. Belə bir təşəbbüsə görə bu günə kimi ona minnətdaram”, – deyə 47 yaşlı mütəxəssis bildirib.

D.Kramarenko qeyd edib ki, məşqçi kimi çalışdığı MOİK-də İqor Akinfeyəvə böyük hörmət var:

“Mən ona Vladimiroviç adı ilə müraciət edirəm. Əgər saat 10-11-də məşqimiz varsa, İqor artıq saat 8-də bazada olur”.

Bədii gimnastika ilə məşğul olan qızından danışan D. Kramarenko söyləyib ki, qızı Lalənin idmanın bu növünü seçməsində o və yoldaşı təşəbbüs göstərib:

Orada (Bakını nəzərdə tutur – red.) yaxşı məktəb, yaxşı məşqçi var idi. Sonradan turnirlərin birində Rusiya yığmasının məşqçiləri ona diqqət yetirdi. Başa düşdük ki, insan bununla yaşayır. Bütün çətinliklərə, göz yaşlarına, zədələrə baxmayaraq, ona mane ola bilməzdim. Elə məqamlar olur ki, Laləyə karyerasını bitirməyi tövsiyə edirəm. Amma o dərhal cavabında deyir: “Ata, bu söhbəti bitirək. Sabah erkən qalxıb məşqə getməliyəm”.

D.Kramarenko qızının güclü xarakterə malik olduğunu və bu məsələdə babası Sergey Kramarenkoya bənzədiyini vurğulayıb:

“O da tez-tez evə gəlib hər şeyi bitirdiyini söyləyir, səhər isə məşqə hamıdan tez yollanırdı. Meydanlar yaxşı olmadığından, özü qapıçı meydanını sulayırdı. 20 ildən artıq belə davam etdi. Atamın yolu ilə getmək istəmirdim. Mən meydanda oynamağa üstünlük verirdim. 1973-cü il təvəllüdlülərdən ibarət komanda ilə Bakı çempionatında sahə oyunçusu kimi çıxış edirdim. 1974-cü il təvəllüdlülərdə isə artıq qapıda idim. Atam dedi ki, məndə lazım olan sürət yoxdur, amma texnika var. Deməli qapıçı olmalıyam və mən də oldum. Bizdə Qafqazda atanın sözü qanundur. Buna görə ona ağlasığmaz dərəcədə minnətdaram”.

47 yaşlı D.Kramarenko karyerasında bir oyunda buraxdığı 7 qola da münasibət bildirib:

“Bu, üzücü idi. Biz Portuqaliya millisi ilə oynayırdıq. Onda hələ Kriştianu Ronaldu yox idi. Amma komanda çox güclü idi. Biz səfərdə 0:7 hesabı ilə uduzduq. Çox məyus idim və başa düşürdüm ki, bu qədər top buraxmağa haqqım yox idi. Orda çox sərt matç oldu və portuqaliyalılar bizi “sürüdülər”. Özümə söz vermişdim ki, cavab oyununda ən azı uduzmayacağıq. Biz iki gün oynadıq. İlk gün hesab 0:0 olanda stadionda işıqlar söndü. Ertəsi gün davam etdik və yekunda heç-heçə oynadıq – 1:1. Bu da böyük uğur idi”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri