Noy
2021
23:13
178
13
1438
Virtual karabakh

Beynəlxaq Cüdo Federasiyası iki azərbaycanlını mükafatlandırdı - FOTO

6 Noy, 2021
23:13
1438

Beynəlxaq Cüdo Federasiyası iki azərbaycanlını mükafatlandırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illər ölkəmizdə cüdonun inkişaf etdirilməsində böyük xidmətləri olmuş Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyasının (BCF) da yüksək etimadını qazanıb.

Bu münasibətlə o, “Böyük dəbilqə”nin təşkil olunduğu Heydər Əliyev adına İdman Sarayında BCF tərəfindən mükafatlandırılıb.

Azərbaycanda cüdonun inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Sadıq Sadıqova cüdonun banisi Ciqoro Kanonun nüfuzlu “Herend” şirkəti tərəfindən xüsusi hazırlanmış büstünü təqdim edib.

Daha sonra Marius Vizer zəngin karyerası, dünya çempionatındakı medal və dünya cüdo turunda qazandığı 15 medala görə məşhur cüdoçu, yaxınlarda idmançı karyerasını başa vurmuş Nicat Şıxəlizadəyə də eyni mükafatı təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri