Noy
2021
21:02
499
27
6912
Virtual karabakh

Azərbaycanlı “Terminator” Kiyev qəfəsində “İlan”ı boğdu - VİDEO

8 Noy, 2021
21:02
6912

Azərbaycanlı “Terminator” Kiyev qəfəsində “İlan”ı boğdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı döyüşçü, “Terminator T-800” ləqəbli Xəzər Rüstəmov Ukraynanın paytaxtı Kiyevdə B1 MMA təşkilatının keçirdiyi “Mad Cage 01” (“Dəli qəfəs”) turnirində qalib gəlib.

Oxu.Az-ın xəbərinə görə, onun rəqibi “Snake” (“İlan”) ləqəbli yerli idmançı Boqdan Katkin olub.

Görüşdən əvvəl keçirilən “face-to-face”də Katkin idmançımızın papağını yerə salmaqla hörmətsizlik edib. Ancaq Xəzər onun cavabını elə oradaca verib.

Döyüş günü isə idmançımız oktaqonda (səkkiz guşəli qəfəs) rəqibini məğlub edib. Hakim ikinci raundda Xəzərin zərbələri qarşısında gücsüz olan döyüşü saxlayaraq idmançımızı qalib elan edib.

Döyüşdən sonra idmançımıza rus dilindən tərcümədə köməklik edən karate üzrə dünya və Avropa mükafatçısı Şahin Atamov uğultu ilə onların sözünü kəsən yerli publikanı susdurub.

Qeyd edək ki, bu, 26 yaşlı Xəzər Rüstəmovun 6-cı qələbəsi olub. O, karyerasında cəmi 2 dəfə məğlub olub. 22 yaşlı Boqdan Katkin isə 4-cü dəfə məğlubiyyətlə üzləşib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri