15 
Noy
2021
15:28
124
15
1532
Virtual karabakh

Nazirlik idmandan uzaqlaşdırılan həndbolçuları qəbul edəcək

15 Noy, 2021
15:28
1532

Nazirlik idmandan uzaqlaşdırılan həndbolçuları qəbul edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Həndbol Federasiyası tərəfindən idmandan uzaqlaşdırılmış 14 həndbolçunun şikayətinə bu gün Gənclər və İdman Nazirliyində baxılacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu gün saat 16:00-da nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov həmin həndbolçuları qəbul edib, onların narazılıqlarını dinləyəcək.

Qeyd edək ki, həmin həndbolçular federasiya rəhbərliyinin yığma və klublarda olan şəraitsizliyə biganə olmasından, maaşların kəsilməsindən narazılıq edib. Federasiya isə öz növbəsində iki gün əvvəl vitse-prezident Orxan Abbasovun rəhbərliyi ilə iclas keçirərək həmin həndbolçuların qovulması haqda səsvermə keçirib və bu barədə yekdilliklə qərar qəbul olunub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri