21 
Noy
2021
23:51
259
38
4708
Virtual karabakh

Avropa çempionatı: Qadın millimiz bürünc medal qazandı, kişilər beşinci oldu - YENİLƏNİB + FOTO

21 Noy, 2021
23:51
4708

Avropa çempionatı: Qadın millimiz bürünc medal qazandı, kişilər beşinci oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sloveniyada kçirilən şahmat üzrə Avropa çempinonatına yekun vurulub.

Oxu.Az xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün IX tur çərçivəsində uyğun olaraq Fransa və Niderlandla qarşılaşıblar.  

Kişilərdən ibarət yığma Fransaya məğlub olub – 1.5:2.5.

Millimizin heyətində Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya uduzub.

Bu nəticədən sonra Azərbaycan yığması ilk 3-lükdən kənarda qalaraq, Avropa çempionatını 12 xalla 5-ci yerdə bitirib. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb. İspaniya da 13 xal toplasa da, 4-cü yerlə kifayətlənib.

Qadınlardan ibarət kollektiv isə Niderland üzərində qələbə qazanıb – 2.5:1.5. Heyət üzvlərindən Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə ilə kifayətlənib. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşib.

Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb. Komandamız sonuncu dəfə 2019-cu ildə keçirilmiş analoji turnirdə də eyni nəticəyə imza atmışdı.

Avropa çempionatı, IX tur
21 noyabr

Kişilər
Fransa – Azərbaycan 2,5:1,5

Alireza Firuzca – Şəhriyar Məmmədyarov 1:0

Maksim Vaşye-Laqrav – Teymur Rəcəbov 0,5:0,5

Maksim Laqard – Rauf Məmmədov 0,5:0,5

Jil Musar – Nicat Abbasov 0,5:0,5

Qadınlar
Azərbaycan – Niderland 2.5:1.5

Günay Məmmədzadə – Jaoqin Penq 1:0

Gülnar Məmmədova – Elin Rubers 0:1

Ülviyyə Fətəliyeva – Maxteld Van Forest 1:0

Gövhər Beydullayeva – Tea Lançava 0,5:0,5

11:33

Bu gün – noyabrın 21-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq.

Doqquzuncu turda kişilərdən ibarət komandamız Fransa yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımız isə Niderland təmsilçiləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, kişilərdən ibarət komandamız 12 xalla liderlər qrupunda mübarizə aparır. Qadın yığmamız isə 10 xalla 4-9-cu yerləri bölüşür.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri