22 
Noy
2021
21:15
171
40
3771
Virtual karabakh

Mourinyo: “Şevçenko oyundan əvvəl mənə şərab hədiyyə etdi”

22 Noy, 2021
21:15
3771

Mourinyo: “Şevçenko oyundan əvvəl mənə şərab hədiyyə etdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Roma”nın baş məşqçisi Joze Mourinyo Andrey Şevçenkonun “Cenoa”nın baş məşqçisi kimi debütünü şərh edib.

Xatırladaq ki, “Cenoa” İtaliya A seriyasının 14-cü turunda evdə “Roma”ya 0:2 hesabı ilə məğlub olub.

“Qarşılaşma başlamazdan əvvəl Şevçenko mənə bir şüşə qırmızı şərab verdi. Bu, İngiltərə futbolunda adətən ev sahibi olan komandanın məşqçisi tərəfindən verilən ənənəvi hədiyyədir. Özümün və komandamın qələbəsinə sevinirəm, amma ona (Şevçenkonu nəzərdə tutur – red.) görə məyus oldum. Lakin bir gün vəziyyət dəyişəcək. Nə zamansa o, öz qələbəsinə sevinəcək, mənim məğlubiyyətimə isə üzüləcək. Ən yaxşı məqam odur ki, Şevçenko futbolun və məşqçi işinin vurğunudur. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün öz işinin dəlisi olmaq lazımdır”, - deyə portuqaliyalı futbol mütəxəssisi vurğulayıb.

Mənbə: DAZN

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri