22 
Noy
2021
23:54
954
26
3887
yuxarı
Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - VİDEO
22 Noy, 2021
23:54
3887
954
26
Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - VİDEO
Fransada klublararası güləş çempionatı start götürüb.
İlk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltiqaym” komandası “Mets”lə üz-üzə gəlib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı iki görüş keçirib. Əvvəlcə fransalı Salomon Antoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib – 6:3.
Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.
Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək