25 
Noy
2021
02:11
118
46
5193
Virtual karabakh

ÇL: “Beşiktaş” Avrokuboklarla vidalaşdı, daha beş komanda 1/8 finala vəsiqəni təmin etdi – YENİLƏNİB+VİDEO

25 Noy, 2021
02:11
5193

ÇL: “Beşiktaş” Avrokuboklarla vidalaşdı, daha beş komanda 1/8 finala vəsiqəni təmin etdi – YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bugünkü matçlardan sonra 1/8 finala yüksəlmiş daha beş komandanın adı məlum olub.

A qrupunda “Leyptsiq” Belçikada “Brügge”nin daşını daş üstdə qoymayıb – 5:0. Bu nəticə “Mançester Siti” və PSJ-ni vaxtından əvvəl pley-offa çıxarıb. Sözügedən klublar arasındakı görüş isə ingilislərin qələbəsi ilə yekunlaşıb – 2:1.

B qrupunda növbəti mərhələyə vəsiqəni ötən turdan təmin etmiş “Liverpul” doğma meydanda “Portu”ya qalib gəlib – 2:0. Digər qarşılaşmada isə “Milan” səfərdə “Atletiko”dan güclü olub – 1:0. Bu nəticələrdən sonra pley-offa ikinci vəsiqənin taleyi son tura qalıb.

C qrupunda “Ayaks”dan sonra pley-offa yüksələn ikinci komanda “Sportinq” olub. Evdə “Borussiya”nı (Dortmund) iki top fərqi ilə məğlub edən Lissabon təmsilçisi adını 1/8 finala yazdırıb. Dortmundlular isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcəklər.

D qrupunda da 1/8 finalçılar bəlli olub. Moldovada “Şerif” üzərində böyükhesablı qələbə qazanan “Real Madrid” özü ilə yanaşı, “İnter”i də növbəti mərhələyə daşıyıb. Tiraspol klubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
V tur

A qrupu
“Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya) - 0:5
Qollar:
 Kristofer Nkunku, 12; 90+3. Emil Forsberq, 17 (pen.); 45+1. Andre Silva, 26

“Mançester Siti” (İngiltərə) - PSJ (Fransa) - 2:1
Qollar:
 Rahim Sterlinq, 63. Qabriel Jezus, 76 - Kilian Mbappe, 50

B qrupu
“Atletiko” (Madrid, İspaniya) – “Milan” (İtaliya) - 0:1
Qol:
 Junior Messias, 87

“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) - 2:0
Qollar:
 Tyaqo Alkantara, 52, Salah, 70

C qrupu
“Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) - 1:2
Qollar:
 Raşid Gezzal, 22 (pen). - Sebastyen Haller, 54; 69

“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar:
 Pedru Qonsalveş, 30; 39. Pedro Porro, 81 - Doniel Molen, 90+3

D qrupu
“İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:0
Qollar:
 Edin Ceko, 61; 67

“Şerif” (Moldova) – “Real Madrid” (İspaniya) - 0:3
Qollar:
 David Alaba, 30. Toni Kroos, 45+1. Kərim Benzema, 55

23:53

Çempionlar Liqasının qrup mərhələsində V tur davam edir. 

Oxu.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

C qrupunda Türkiyə “Beşiktaş”ı pley-offa vəsiqəni ötən turda rəsmiləşdirmiş Niderland “Ayaks”ını qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

D qrupunda İtaliya “İnter”i evdə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri hələlik liderliyə yüksəlib. Qrupun digər matçında İspaniya “Real Madrid”i Moldovada “Şerif”i üstələyərsə, həm özü, həm də Milan təmsilçisi 1/8 finala vəsiqə qazanacaq. Tiraspolda mümkün heç-heçə də “İnter”i pley-offa çıxaracaq. “Şaxtyor” isə bu məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.

C qrupu
“Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) - 1:2
Qollar: Raşid Gezzal, 22 (pen). - Sebastyen Haller, 54; 69

D qrupu
“İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:0
Qollar: Edin Ceko, 61; 67

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri