29 
Noy
2021
13:32
19
66
2145
Virtual karabakh

Messinin sabiq komanda yoldaşı Bakıda vurduğu qolun oxşarını PSV-yə vurub - VİDEO

29 Noy, 2021
13:32
2145

Messinin sabiq komanda yoldaşı Bakıda vurduğu qolun oxşarını PSV-yə vurub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın sabiq futbolçusu Xordi Qomesin “Qarabağ”a vurduğu qolun oxşarının ötən il Niderlandın PSV komandasının qapısına da vurduğu məlum olub.

Oxu.Az-ın xəbərinə görə, Kiprin “Omoniya” klubunun 36 yaşlı yarımmüdafiəçisi ötən ilin oktyabrın 29-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində PSV-yə 1:2 hesabı ilə uduzduqları oyunda uzaq məsafədən – mərkəz xəttini keçmədən qol vurub.

O, təxminən 1 il sonra Avropa Konfrans Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”a meydanın “Omoniya”ya aid hissəsindən qol vurmağı bacarıb. Həmin qol turnirin V turunun ən yaxşı qolu seçilib.

Qeyd edək ki, Xordi Qomes “Barselona”nın B komandasında Lionel Messi ilə birgə çıxış edib. O daha sonra “Espanyol”, “Suonsiz, “Viqan”, “Sanderlend”, “Bləkbörn Rovers”, “Rayo Valyekano” kimi klublarda oynayıb. Futbolçu 2018-ci ildən “Omoniya”nın uğurları üçün çalışır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri