29 
Noy
2021
12:52
210
13
2927
Virtual karabakh

Mahir Emreli Polşada komandasının qələbəsinə ötürmə ilə töhfə verdi - FOTO/VİDEO

29 Noy, 2021
12:52
2927

Mahir Emreli Polşada komandasının qələbəsinə ötürmə ilə töhfə verdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Legiya” komandası Polşa çempionatında növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Varşava təmsilçisi XVI turda “Yaqeloniya” ilə üz-üzə gəlib.

Görüş “Legiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə mübarizə aparıb. Komandasının yeganə qolunun ötürməsini də Emreli verib. O, isveçli Matias Yuhansonun qol vurmasına başla etdiyi ötürmə ilə şərait yaradıb.

Beləliklə, ardıcıl yeddi oyundur uduzan “Legiya” uğursuzluq seriyasına son qoyub.

Bu nəticədən sonra paytaxt təmsilçisi turnir cədvəlində 12 xalla 16-cı pillədə qərarlaşıb. “Legiya” digər komandalardan iki oyun az keçirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri